Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: "Baydenin açıqlamalarına əhəmiyyət vermək istəmirik"

Ərdoğan: "Baydenin açıqlamalarına əhəmiyyət vermək istəmirik"


“Ermənilərin törətdiyi vəhşiliklər hələ də yaddaşımızdadır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Anadoluda həyatını itirən müsəlmanlar ölən ermənilərin sayından daha çoxdur. Tarixçilərin müzakirə etməli olduğu mövzuların siyasətçilərin təbliğat alətlərinə çevrilməsini qəbul etmirik. Bəzilərinin tanıdığı erməni iddialarının bizim üçün heç bir əhəmiyyəti yoxdur. ABŞ Prezidenti Cozef Baydenin açıqlamalarını da belə qiymətləndirir və ona əhəmiyyət belə vermək istəmirik. Bayden ermənilərlə bağlı tarixi yaxşı bilməlidir. Onları bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlamağımız mümkün deyil", - dövlət başçısı qeyd edib.
Xəbəri paylaş