Rusiya hərbçiləri Ukraynan Xerson şəhərində şura binasına nəzarəti ələ keçiriblər. Bələdiyyənin əməkdaşları iş yerlərindən qovulublar.
Bu barədə “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir.
Qeyd edilir ki, aprelin 25-də günortadan sonra Rusiya qoşunları Şəhər Şurasının binasına nəzarəti ələ alıblar. Onların tələbləri məlum deyil.
"Saat 16:30-da Rusiya hərbçiləri binaya daxil olub, bütün işçilərə çıxıb getmələrini dedilər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb", - Şəhər Şurasının əməkdaşlarından biri deyib.