Türkiyənin Muğla əyalətində zəlzələ qeydə alınıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:11-də Datça rayonunda 3,6 bal gücündə qeydə alınıb.
Zəlzələ ocağı yerin 13,40 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazı, Yaka, Cumalı, Sındı ve Məsudiyədə hiss edilib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.