Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Enerji sahəsində Azərbaycan-Koreya əməkdaşlığı müzakirə edilib

Enerji sahəsində Azərbaycan-Koreya əməkdaşlığı müzakirə edilib


Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqı qəbul edib. Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin, iqtisadi-ticari münasibətlərin inkişafına toxunulub, energetika sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edilib.

Səfir Koreya şirkətlərinin energetika, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək texnoloji imkanlara və böyük təcrübəyə malik olduğunu və onların Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka maraqlarını bildirib.

Energetika naziri isə ötən il Koreyadan olan yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri zamanı keçirilmiş görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini və enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş