Diaspor tarixinə Zəfər Qurultayı kimi düşən Dünya Azərbaycanlılarının V Qurultayı Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəhbərliyi üçün baş ağrısına çevrilib. Həm qurultaya təşkilatçılığın zəif olması, həm də həmin mötəbər toplantıdan sonra dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən DİDK rəhbərliyinə qarşı irəli sürülən ittihamlar Fuad Muradovu arzuedilməz vəziyyətə salıb.
Newscenter.az xəbər verir ki, DİDK sədrinin təşviş keçirməsinin əsas səbəblərindən biri də xaricdəki diaspor təşkilatları tərəfindən Prezident Administrasiyasına ünvanlanan müraciətlərdir. Həmin müraciətlərdə DİDK rəhbərliyinin diaspor təşkilatları arasında ciddi ayrıseçkilik həyata keçirdiyi, diasporun inkişafında xüsusi əməyi olan insanların böyük bir qisminə qarşı etunasız yanaşıldığı qeyd edilir.
Məlumata görə, Zəfər Qurultayı iştirakçılarından biri, diaspor fəalı olan xanımın içkili vəziyyətdə oilduğu iddia edilən görüntülərinin yayılması da Fuad Muradov üçün heç də xoş “sürpriz” olmaylb. Komitə sədrinin təlimatı əsasında sosial şəbəkə hesablarından həmin videogörüntünün silinməsi həyata keçirilsə də, lakin qısa müddətdə videodan təkcə ölkə vətəndaşları deyil, hətta xaricdəki soydaşlarımız da məlumatlı olub. Bu faktın özünün də Fuad Muradovun ziyanına işlədiyi və yaxın vaxtlarda Komitə sədrinin öz postuyla vidalaşacağı bildirilir.
Məlumat üçün qeyd edək ki, Fuad Muradovun sələfi olan Nazim İbrahimovun da vəzifəsindən getməsinə səbəb olan əsas amillərdən biri 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV qurultayının təşkilatçılığının zəif olması və qurultaydan sonra diaspor təşkilatları tərəfindən DİDK rəhbərliyindən narazılıq dolu etirazların səslənməsi idi.
NEWSCENTER.AZ