Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri: "Bir məmur var, Fransadan modelyer gətizdirib 100 min manat pul ödəyib ki, arvadına paltar tiksinlər"

Partiya sədri: "Bir məmur var, Fransadan modelyer gətizdirib 100 min manat pul ödəyib ki,  arvadına paltar tiksinlər"


Bu adamlar o hərəkətlərilə deyirlər ki, xalqı saymırıq, xalq bizim üçün heç kimdir”.

Newscenter.az xəbər verir ki, bunu Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, ARPİA MTK-nın sahibi Sultan Tofiq oğlu Dadaşovun motosikletçiyə maşınla xəsarət yetirməsinə, döyüb və təhqir etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev bildirib ki, hakimiyyətin daxilində məmurlar prezidentə xəyanət etmək üçün sıraya düzülüblər:

“Görün vəziyyət hansı həddə çatıb ki, Administrasiyada işləyən biri əxlaqsız hərəkət edir, özbaşınalıq edir. Səbəb çox sadədir. Arxayınlıq var. Bilir ki, onun haqqında tədbir görülməyəcək, arxası var, imkanı var. Adam da öldürə bilərlər, millətin yarısını qıra da bilərlər, ancaq onlara söz demək olmaz. Ölkədə narazılığı yaradanlar ən yüksək təbəqədə oturmuş insanlardır. Ölkədə qarışıqlıq yaradan şəxslər hamısı səlahiyyətli şəxslərdir. Harınlamış bir təbəqə mövcuddur. Yüksək çinli məmurlar dövlət başçısının imicinə xələl gətirirlər, onun qazandığı uğurlara kölgə salırlar. Səhhətim əl vermirdi, yaxın vaxtlarda KİV-yə bu şəxslərin adlarını açıqlayacam.

Ölkədə ideoloji müharibə gedir. Aparıb birini döyürlər, birini əzirlər, təhqir edirlər. Bunları edənlər kimlərdir? Yüksək vəzifəli məmurlardır. Onların əlindəki pul, kapital Azərbaycanda dövlət çevrilişinə gətirib çıxaracaq. İcra hakimiyyətlərində, nazirliklərdə rüşvət baş alıb gedir. Motosikletçini əzib, vurub, təhqir edən vəzifəli şəxs deyir ki, qan təzyiqi qalxıbmış. Qan təzyiqin qalxıbsa, yıxılıb öləydin, başını daşa döyəydin, gedib özünü asaydın. Niyə kimisə döyürsən? Bu adamlar o hərəkətlərilə deyirlər ki, xalqı saymırıq, xalq bizim üçün heç kimdir. Məmurlara qarşı tədbirlər görülməlidir. Sadəcə vətəndaşın gücü yoxdur ki, gedib dövlətə xəyanət etsin. Dövlətə xəyanət edə biləcək adamlar elə məmurlardır.

Bir məmur var, Fransadan modelyer gətizdirib 100 min manat pul ödəyib ki, onun arvadına paltar tiksinlər. Açıqlayacam onun adını. Bu pullar haradandır bunlarda? Ölkədə bütün əxlaqsızlığın başında dayananlar məmurlardır”.
Xəbəri paylaş