“Dəmir Yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında şəhidlər verərək qələbəni qazandı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də, Şuşanın azad edildiyi gün xalqa müraciətində qeyd etdiyi kimi “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacağ. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”. Möhtərəm Prezidentin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. Bu gün Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə isə Şuşa daha bir tədbirə evsahibliyi etdi və Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçirildi.
Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı qürur hissi ilə bildirmişdir ki, “Tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”. Keçirilən Qurultayın qədim şəhər Şuşada həyata keçirilməsi təsadüfü deyil. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur. Azərbaycan dövlətinin mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Dünya Azərbaycanlarının V Qurultayının Şuşada keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini yenidən Azərbaycanın bu qədim diyarına yönəltdi.
Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir. Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və ixtiralar hissi doğurur. Bütün dünya azərbaycanlıların əcdadlarının məskəni, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın müstəqil Azərbaycan uğrunda fəaliyyət göstərmələri, bu məqsədlə təşkilatlanaraq daha güclü olmaları isə xoş əməllərilə adını xalqmızın qəlbinə əbədilik həkk edən Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində dünya azərbaycanlılarının tarixi vətənləri ilə bağlılığının yaranmasını və daha möhkəm özüllər üzərində qurulmasını təmin etdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu gün beynəlxalq miqyasda öz sözünü deyə bilən güclü Azərbaycan diasporunun formalaşmışdır. Ulu Öndərin böyük irsinin ən görkəmli nümayəndəsi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ötən müddət ərzində Azərbaycan diasporunun daha da güclənməsi ilə müşayiət olundu və ölkəmizin əldə etdiyi nailiyyətləri bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, Azərbaycanla bağlılıqlarını daha da möhkəmləndirdi. Bu gün bizim qələbəmizin əldə olunmasının əsas amillərindən biri də məhz bu həmrəylik olmuşdur.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanov