Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsi Dünya bankı ilə yeni əməkdaşlığa başlayır

Dövlət Komitəsi Dünya bankı ilə yeni əməkdaşlığa başlayır


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı) əməkdaşlığı çərçivəsində “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi həyata keçirilir.

Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd Dünya Bankı tərəfindən texniki dəstək çərçivəsində gəlirgətirən proqramların hazırlanmasıdır. Bütün bunları nəzərə alaraq məcburi köçkünlər arasında kəmiyyət və keyfiyyət (müsahibə, fokus qrup və s.) yanaşmalarına əsaslanan sorğuların aparılması və ehtiyacların qiymətləndirilməsi, həmçinin komitə əməkdaşlarının potensialının gücləndirilməsi və biliklərinin artırılması istiqamətində əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sorğuların aparılması üçün Dünya Bankı tərəfindən partnyor şirkətlər olaraq Türkiyənin “PGLOBAL Advisory and Training Services” və yerli təşkilat “SIAR Research and Consulting Group” seçilib.

Sevinc
Xəbəri paylaş