Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA və Rusiyanın KOB Korporasiyası arasında Protokol imzalandı

KOBİA və Rusiyanın KOB Korporasiyası arasında Protokol imzalandı


Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası (KOB Korporasiyası) arasında Niyyət Protokolu imzalanıb.

Newscenter.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOB Korporasiyasının baş direktoru Aleksandr İsaeviç imzalayıblar.

Niyyət Protokolunda KOB-ların hər iki ölkənin bazarlarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, birgə biznes tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən tədbirlərdə iştirakının təşviq olunması, sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin inkişafı üzrə daimi fəaliyyət göstərən platformanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş