Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: "Xalqımız "Milli şura" kimi antimilli ünsürləri heç zaman dəstəkləməyib"

Sədaqət Vəliyeva: "Xalqımız "Milli şura" kimi antimilli ünsürləri heç zaman dəstəkləməyib"


Xalq içində heç bir siyasi dəstəyi və hörməti olmayan "Milli şura" adlanan bir qurum, müxtəlif dövrlərdə biabırçı vasitələrlərlə, sərsəm bəyanatlarla gündəmə gəlməyə can atır. Növbəti dəfə yenidən ortaya çıxan "Milli şura" guya Azərbaycanda "ictimai-siyasi fəallara qarşı repressiyalar var" deyə bəyanat yayıb və utanmadan həmin bəyanatda Azərbaycan xalqını və beynəlxalq ictimaiyyəti ittiham edib. Anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən "Milli şura" adlı toplum artıq o qədər həyasızlaşıb ki, xarici havadarlarının gözünə girmək üçün hətta xalqı qınamaqdan belə çəkinmir. Əslində "Milli şura"-nın bu cür sərsəm bəyatan verməsi, həmin toplumun anti-milli fəaliyyətinin göstəricisidir. Bütün dünyanın Şuşada keçirilən Zəfər Qurultayından danışdığı bir vaxtda Milli Şura tərəfindən belə bəyanatın verilməsi, bir daha bu toplumun ölkəmizin uğurlarını həzm etmədiyini və Anti-Azərbaycan qüvvələri tərəfindən idarə olunduğunun sübutudur.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkəmizdə bütün azadlıqlar ən yüksək səviyyədə qorunur: “Baş verən bütün hallar qanuni müstəvidə və obyektiv olaraq araşdırılır, öz həllini tapır. Araşdırılmamış, heç bir faktlara əsaslanmayan bir məsələni şişirtmək "Milli şura"-nın köhnə və həmişəki adətidir”.

Xalqımız "Milli şura" kimi antimilli ünsürlərə hər zaman nifrət etmiş, onları heç zaman dəstəkləməmişdir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, elə Azərbaycan xalqının onlara dəstək verməməsinin və nifrətinin nəticəsidir ki, Milli Şura bəyanatında xalqı ittiham edir: “Yaxşı olardı ki, "Milli şura" sərsəm bəyanat vermək və xalqı qınamaq əvəzinə, Azərbaycan xalqından üzr istəsin və birdəfəlik siyasətdən getmələri ilə bağlı bəyanat versin”.

Ruhiyyə
Xəbəri paylaş