Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Xaçmazda vətəndaş qəbulu keçirəcək

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Xaçmazda vətəndaş qəbulu keçirəcək


Mayın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.

Newscenter.az xəbər verir ki qəbulda Xaçmaz rayonunun sakini olan imtiyazlı şəxslərin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə və Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətlər cavablandırılacaq.

Qəbula yazılmaq üçün Xaçmaz sakinləri mayın 4-dək (012) 525-41-30 (daxili 5482, 5614, 5043) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon filialının inzibati binasına yaxınlaşa bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sevinc
Xəbəri paylaş