Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb


2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Onlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir.

Qeyd edək ki, 2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah - aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş