Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirilir.
Newscenter.az xəbər verir ki, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilmiş konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.
Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra konfrans iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”-nə baş çəkib, qəbirlər üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.
Konfransın detalları barədə əlavə məlumat veriləcək.
Mehman