“Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları çox diqqətli olmalıdır. Heç kimə səlahiyyət verilmir ki, öz vəzifəsindən sui-istifadə edərək özbaşınalığa yol versin”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, hüquq elmləri üzrə professor Cahangir Hüseynov son günlər bəzi məhkəmə instansiyalarında qəbul edilən qərarlara, konkret olaraq millət vəkili Etibar Əliyevin jurnalist Əvəz Zeynallı barədə qaldırdığı iddiaya Binəqədi rayon məhkəməsinin çıxardığı qərara münasibət buildirərkən səsləndirib. Cahangir Hüseynov deyib ki, bu kimi ədalətsiz qərarlar, çıxarılan hökmlərin yaxın tariximizdə acı nəticələrini gördük. Millət Vəkili “Tərtər işi” ilə bağlı məsələdə də anoloji səhvlərə yol verilib.
Mehman