Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda kişi baltalanıb

Cəlilabadda kişi baltalanıb


Cəlilabad Rayon Prokurorluğu rayon ərazisində baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Aprelin 27-si saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1982-ci il təvəllüdlü Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş