Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 28-də Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı Azərbaycan Prezidentinin göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Mehman