Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib

Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib


Azərbaycan Respublikası Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev Nazirliyin Aparatının Dövlət aparatının maliyyə şöbəsinin müdiri, Nazirliyin Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə Nazirliyin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.

Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub.

Mehman
Xəbəri paylaş