Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar müəyyənləşir

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar müəyyənləşir


Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qaydalar müəyyənləşir.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsini parlamentin 26 Aprel 2022-ci il tarixdə keçirilən iclasında I oxunuşda təqdim etdim.
Qeyd edim ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə, digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur.

Qeyd edilən halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr edilir. Beləliklə, layihəyə əsasən, bir sıra hallarda (fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə və s.) fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.
Həmçinin 49-cu maddəyə yeni 5-ci hissə əlavə edilməklə qeyd edilən hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Başqa sözlə, qeyd olunan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.

Vüqar Bayramov-Milli Məclisin deputatı
Xəbəri paylaş