ATƏT-in Minsk qrupu 30 illik fəaliyyəti dövründə məsul olduqları işlə bağlı heç nə ilə yadda qalmayıb. Onlar hər zaman Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə göz yumub, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Fəaliyyəti ikili standartlar üzərində qurulan ATƏT-in Minsk qrupunun öz üzərinə götürdüyü missiyanı, Azərbaycan 44 gün ərzində öz gücünə hərbi-siyasi yolla həll etdi. Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyətziliyi fonunda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin və Müzəffər Azərbaycan ordusunun qüdrəti nəticəsində həll olundu.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Cənab prezident İlham Əliyev də ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti ərzində heç bir nəticənin əldə olunmadığını açıq şəkildə bildirmişdir:
“Ölkə başçısı cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətində ikili standartlara, beynəlxalq riyakarlığa yol verdiyini, Ermənistanın işğalçı siyasətinə qarşı heç bir reaksiya və təzyiq göstərmədiyini vurğulamışdır. Sadəcə olaraq böyük humanizm və uzaqgörən siyasətin memarı olan İlham Əliyev qonaqpərvərlik və böyük etika nümayiş etdirərək ölkəmizə gələn nümayəndə heyyətlərini qəbul edir və onların fikirlərini dinləyir.”
Hər kəsə məlumdur ki, münaqişə tərəfləri arasında sülh yaratmaq istəyən dövlətlər neytral olmalıdır. Lakin bu üç dövlət - ABŞ, Fransa, Rusiya arasında bir birinə qarşı ziddiyyət, inamsızlıq hiss olunur – deyən Sədaqət Vəliyeva əlavə edib ki, əlbətdə son nəticəni Cənab Prezidentimiz özü deyəcək. Ali Baş Komandanımız Cənab İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı və bütün dünyaya 21-ci əsrdə əsl sivil müharibənin necə aparılmalı olduğunu göstərdi:
“Əminik ki, Ölkə başçımız cənab İlham Əliyev öz sözünü yenə də deyəcək və bununla da bütün məsələlər birdəfəlik həll olacaq. Cənab Prezident İlham Əliyev nəyi necə və nə zaman etməli olduğunu çox gözəl bilir. Bizim heç bir məsləhətə ehtiyacımız yoxdur”.
Ruhiyyə