Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda qanvermə aksiyası keçirilib

Nizami rayonunda qanvermə aksiyası keçirilib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında qanvermə aksiyası keçirilib. Newscenter.az xəbər verir ki, aksiyaya rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də YAP Nizami rayon təşkilatının ƏPT-ləri, fəalları qoşulublar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.

Nizami Rayon İcra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov nəcib bir missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, aksiyada 800 nəfərədən çox rayon sakini və partiya fəalı iştirak edib.

Ruhiyyə
Xəbəri paylaş