Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniya parlamentinin nümayəndə heyəti Şuşada olub

Rumıniya parlamentinin nümayəndə heyəti Şuşada olub


Ölkəmizdə səfərdə olan Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a verilən məlumata görə, Şuşada qonaqlar Qala divarları, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri ilə tanış olublar, Cıdır düzünə və Şəhər meydanına baş çəkiblər.

Rumıniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra buradakı tarixi abidələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətləri altında bərpa ediliblər.

Şuşaya səfər çərçivəsində qonaqlar yeni istifadəyə verilmiş Füzuli Hava Limanında da olublar. Qonaqlara məlumat verilib ki, qısa müddətdə tikilmiş bu hava limanı həm yük, həm də sərnişin təyyarələrini qəbul etmək imkanına malikdir.

Nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev müşayiət edib.

Arzu
Xəbəri paylaş