Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlaka yararsız qənnadı məmulatları məhv edilib

İstehlaka yararsız qənnadı məmulatları məhv edilib


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 520 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş