Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ümumdünya Əməyin Mühafizəsi” günü qeyd edilib

“Ümumdünya Əməyin Mühafizəsi” günü qeyd edilib


28 aprel tarixi “Ümumdünya Əməyin Mühafizəsi” günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənərək 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb və hazırda dünyanın 100-dən çox ölkəsində qeyd edilir. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edib.

Newscenter.az xəbər verir ki, bu səbəbdən Beynəlxalq Əmək Təşkilatının 2022-ci il üzrə 28 aprel Əməyin Mühafizəsi Günü üçün müəyyən edilmiş “Müsbət təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edin” devizi altında “Azəriqaz” İstehsalat Birliyində geniş tədbir keçirilib. Tədbirdə Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin bütün qabaqcıl şirkət və təşkilatların prioriteti olduğu qeyd edilib və bu gün də “öncə təhlükəsizlik” (safety first) sloqanının aktuallığının qorunub saxlanıldığı vurğulanıb.

Tədbir çərçivəsində İstehsalat Birliyinin baş direktoru tərəfindən vəzifə funksiyalarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirən, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində nümunəvi davranışlarına görə fərqlənən işçilərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Xəbəri paylaş