Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır

Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır


"Belçikanın paytaxtı Brüsseldə Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərinin növbəti görüşünün mayın əvvəlində keçirilməsi planlaşdırılır".

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Avropa İttifaqının (Aİ), xüsusilə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəal rolunu qeyd edib, Aİ-nin təşəbbüsü ilə artıq 2 dəfə üçtərəfli görüşün baş tutduğunu xatırladıb.

“Biz həmçinin telefon danışıqları aparırıq. Mayın əvvəlində yenidən Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin yenidən görüşünün keçirilməsi planlaşdırılır”, - Prezident İlham Əliyev bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Xəbəri paylaş