Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı xeyirxah və yardımsevər xalqdır -Jalə Əhmədova

Azərbaycan xalqı xeyirxah və yardımsevər xalqdır


Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Pasha Holding”in sponsorluğu ilə Fəvvarələr meydanında keçirilən II Autizm Festivalında 30 autizm mərkəzi bir araya gələrək autizm sindromlu uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş etdirdilər. Gənclər və idman naziri Fərid Qayıbovun iştirak etdiyi və ən yüksək səviyyədə təşkil olunmuş tədbirdə tanınmış incəsənət nümayəndələri, rəqs qrupları bir-birindən gözəl ifaları və çıxışları ilə festivala rəng qatmış oldular.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Deputat autizmli uşaqlarımıza dəstək olmaq üçün tədbirə gələn hər bir vətəndaşıa dərin təşəkkürlərini ifadə edib:

"Bugünkü festivalda çoxsaylı insan sayı bir daha göstərdi ki, Azərbaycan xalqı xeyirxah və yardımsevər xalqdır. Bütün bunları görmək isə çox xoşdur. Xüsusi olaraq onu da qeyd edim ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva autizm spektrli uşaqlara mütəmadi olaraq baş çəkir, onların təhsil və gündəlik qayğılarını daim diqqətdə saxlayırlar. Təbii olaraq Birinci vitse-prezidentimizin bu istiqamətdə apardığı siyasəti və Heydər Əliyev Fondunun reallaşdırdığı çoxsaylı layihələri təqdir edir, dəstəkləyir və bacardığımız qədər bu uşaqlara yardım etməyə çalışırıq. Autizm spektrli uşaqların sosiallaşması, cəmiyyətdən kənar qalmaması üçün onlara qarşı diqqət və qayğımızı birə-beş artırmalıyıq".



Ruhiyyə
Xəbəri paylaş