Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq.

Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim  beynəlxalq ictimaiyyətini məlumatlandırmalıyıq.


Azərbaycanın Şanlı tarixinə qızıl hərflərlə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayı sona yetsə də, Qurultayın ehtiva etdiyi mühüm amillər bu gün Azərbaycanda və beynəlxalq mediyada geniş diskusiyya edilməkdədir. İstənilən tarixi proses öz məğzi ilə paralelində, bərqərar olduğu coğrafi ərazi cəhətdən də cəlbedicidir. Qandalları qırılmış Qarabağın, mədəniyyət beşiyimiz Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi fəxr edicidir, dünyaya bir tvitdir. Qarabağ uğrunda Vətən müharibəsindən sonrakı dövrün həqiqətlərinin qəbulu yönümündə vacib müvəffəqiyyətlərin əldə olunduğu vaxtda dünyanın müxtəlif ölkələrinə yayılmış canı bir, qanı bir qardaşlarımızın Qarabağın mirvarisinə yığılaraq perspektivləri müzakirə etmələri, prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Prezident kimi nitqində əksini tapan məqamlara uyğun olaraq gələcək işlərində hansı yeniliklərə zərurət olduğunu müəyyənləşdirmələri və sair kimi biri-birindən önəmli addımlar Qalibiyyətimizin bizlərə yaratdığı imkan, bəxş etdiyi xoşbəxtlikdir.

Dünya azərbaycanlıları 30 ildən sonra Füzulidən Şuşaya çəkilmiş Zəfər yolu ilə Azərbaycanın döyünən ürəyi olan, baş tacımız Şuşanı görmək imkanı əldə edərək qısa müddətdə onun əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində atılan addımların şahidi oldular. Şuşa sözün əsl mənasında dirçəlir, əvvəlki şöhrətini özünə qaytarmaq üçün fədakarlıq göstərir. Necə ki, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalsa da əyilmədi, milli kimliyimizi qorudu, son iki ilə yaxın dövrdə də dünyanın diqqətini genişmiqyaslı quruculuq işlərinə yönəldərək, tarixi sahibinə qovuşduğu üçün özünü xoşbəxt hiss etdiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən daim bu fikri də xüsusi vurğulayır ki, hətta təbiət də sevinir, bizimlə həmrəydir. Eyni həmrəylik azad Qarabağımız, Şuşamız Zəfər Qurultayının iştirakçılarını qarşılayarkən nümayiş olundu.

Prezidentimiz İlham Əliyev şanlı Zəfərimizi şərtləndirən amilləri bir daha soydaşlarımıza çatdırmaqla müstəqillik dövründə patriotizm ruhunda yetişən gənclərin bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş etdiyini xüsusi vurğuladı. Ulu Öndər, Ümummilli lider Heydər Əliyev daim bu arqumenti irəli sürürdü: “Ölkəmizin gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclər tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi bilməli, torpağa, Vətənə bağlı olmalıdırlar. Ümummilli lider, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin bütün çıxışlarının mahiyyətində də məhz bu çağırış dayanır ki, gənclər vətənpərvər olmaqla dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. Qarabağ uğrunda Vətən müharibəsi gənclərimizin torpağa, Vətənə bağlılığının təqdimatı oldu.

Şərqi Zəngəzur və Qarabağ erməni vandalizminin canlı şahidləridirlər. Hər qayası, hər mamırı tarix olan Şuşada heç bir tarixi memarlıq abidəsi qalmamışdır. Ermənilər 17 çeşmənin hamısını qurutmuş, Allah evlərini təhqir etmişdilər. yalnız Şuşa deyil, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Ermənilərin 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə törətdikləri təxribatlar, vəhşiliklər Azərbaycan xalqının bu illər ərzində necə vəhşi bir millətlə üz-üzə dayandığını nümayiş etdirir. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu.

Bütün ağrılı məqamlara, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu prinsipləri qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə qarşı hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Dünyaya səs salan “dəmir yumruq” əməliyyatı Azərbaycanın hansı gücə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistana tarix boyu unuda bilməyəcək dərsi verdi.

Yeni gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılmasında hər bir kəsin payı olmalıdır. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Azərbaycan döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirdi. Əsas çağırışlar sırasında bu mühüm məqam da yer tutur ki, xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, həm də bu həqiqətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmalıdırlar. Dünya azərbaycanlıları böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.

Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş