Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərsun Sənaye Parkı”nda baş verən yanğının bazarlara təsiri olacaq

Azərsun Sənaye Parkı”nda baş verən yanğının bazarlara təsiri olacaq


Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri eyni qədər strateji əhəmiyyətinə görə bu termila qədər əhəmiyyətlidir. Odur ki bu obyektlər özəl təsərrüfat obyektlərinin, yoxsa dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə dövlət tərəfindən böyük ciddiyətlə qorunmalıdır.

Kimsə qarantiya verə bilməz ki, bu sonuncudur və daha təkrarlanmayacaqdır.

“Azərsun Sənaye Parkı”na dəymiş ziyan müəssisənin özündən daha çox kənar mənfi təsirlərə malikdir. Düzdür burada, xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma üçün müasir avadanlıqları vardır. Amma sənaye parkının özünə dəymiş ziyan, o cümlədən daşınmaz əmlaka və məhsullara görə ziyan isə sığorta şirkəti tərəfindən qarşılanacaq. Amma bu problemin həlli deyil. İstehsal sahələrindəki fəaliyyətin yenidən bərpası dərhal mümkün olmayacaq, bunu bərpa etmək üçün müəyyən bir müddət lazım gələcəkdir. Yanmış avadanlıqların yenilərin alınması, gətirilməsi, quraşdırılması və yeni saxlanc yerlərinin yaradılması üçün zaman və vəsait lazımdır.

O ki qaldı, yanğının ölkənin yağ bazarına təsirlərinə, düzdür, yanğın plastik qablardan başlasa da, 5-6 aylıq yağ ehtiyatı olan kərə yağlarının yığıldığı soyuducu anbara keçib və yağ anbarında on milyon manatlarla dəyəri olan məhsullar yanıb. Təbii ki bunun bazarlara da öz təsiri olacaqdır. Çünki, bildirilir ki, fabrik 5-6 aylıq ehtiyatı təmin etmək üçün bir neçə ay çalışıb.

Istər maddi baxımdan, istər strateji əhəmiyyət baxımından, istərsə də psixoloji baxımdan itki böyükdür. Bu hadisənin ən mənfi təsir isə satış mərkəzlərində suni qiymət artımlarına səbəb ola bilməsidir. Yəni yaranmış situasiya psixoloji gərginlik yarada bilər.

Amma biz ölkənin yağ və yağ məhsullarına olan təlabatı, Azərsunun istehsal potensilı, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statikstikasını müqayisəli təhlil etdikcə görəcəyik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur.

Belə ki, “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdir. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarılır. Əvvəla “Azərsun Holdinq”-in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. İkinci vacib bir məsələ isə 5-6 aylıq ehtiyat məsələsidir. Bəzi insanlarımız elə başa düşür ki, ölkənin 5-6 aylıq ehtiyatıdır. Xeyr! Bu ehtiyat ifadəsi məhz bu müəssisəyə aid olan ehtiyat məhsullara aiddir. Odur ki, istər Azərsun rəsmiləri, istər dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, sonradan bu ifadələr ajiotaj yaratmasın. 5-6 aylıq ehtiyatın bu müəsisəyə aid olduğu ayrıca vurğulanmalıdır.

Qısaca ifadə etsək Azərbaycan həm bitki yağları, həm də kərə yağı təlabatı baxımından idxaldan asılı ölkədir. Bu ən azı 80 faizdən çoxdur. Özümüz istehsal etdiklərimiz isə yenə də idxaldan asılı idir. Yəni, kərə yağları Yeni Zellandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır.

Hazırkı vəziyyətdə 2 əsas məsələyə tam diqqət yetirilməlidir. Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüskəldilməli; ikincisi, idxal kanallarının fasiləsizliyinin təmin olunması (onsuz da idxaldan asılıyıq) və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir. Bir sözlə, ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamət dövlət tərəfindən xüsusi nəzarətə götürülməlidir.

Bir də yaranmış bu psixoloji basqı şəraitində kimlərinsə bazarların yağların qiymətini süni qaldırmasına əncəl olmaq lazımdır. Təbii ki az miqdarda qiymət artımını ehtimalı var, amma bunu böyük fürsətə çevirilməsinə imkan vermək olmaz.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş