Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı: "Münasibətlərin normallaşdırılmasında Aİ-nin rolunu yüksək qiymətləndiririk"

Dövlət başçısı: "Münasibətlərin normallaşdırılmasında Aİ-nin rolunu yüksək qiymətləndiririk"


“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonra normallaşdırılmasında Avropa İttifaqının (Aİ) rolunu yüksək qiymətləndiririk”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.

“Bizim üçün Avropa İttifaqı çox vacib tərəfdaşdır. Əməkdaşlığımız üçün çox geniş gündəliyimiz var”, - Prezident deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakından əlavə, bura ticarət üzrə əməkdaşlıq, enerji, nəqliyyat, demokratik inkişaf daxildir:

“Biz Aİ-ni dürüst broker hesab edirik və onların səylərini alqışlayırıq. Əgər Minsk qrupu hazırda fəaliyyət göstərmirsə, fikrimizcə, Aİ normallaşma prosesində rol oynaya bilər”.
Xəbəri paylaş