Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın mövcud böhrandan çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır

Ermənistanın mövcud böhrandan çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır


Aprelin 29-da cənab Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi mühüm tarixi hadisə olmaqla yanaşı regionda inkşafa və əməkdaşlığa bir sıra töhfələr verəcək.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, konfransda çıxış nitqi söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra mühüm məsələrə toxundu. Ölkə başçısı bir daha Azərbaycanın sülhsevər və humanist mövqeyini bəyan etdərək ölkəmizin Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarı olduğunu vurğuladı:

“Artıq Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi Ermənistan hökümətinin qəbul etdiyini bildirən Azərbaycan prezidenti, nəhayət ki, Ermənistandan müsbət cavabın alındığını konfrans iştirakçılarının diqqətinə çatdırdı”.

Bu gün Ermənistan ağır iqtisadi, sosial, siyasi böhran məngənəsindədir. Əlbətdə, danılmaz reallıqdır ki, nə Ermənistan xalqı nə də erməni anaları müharibə istəmir. Ermənistanda müharibə istəyən yalnız radikal müxalifət və revanşist qüvvələrdir. Artıq Erməni cəmiyyəti də yaxşı anlayır ki, Ermənistanın ağır vəziyyətinin və İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətinin səbəbklarları revanşsit qüvvələr və onlara başçılıq edən Sarkisyan-Köçəryan cütlüyünün yarıtmaz siyasətidir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Azərbaycan dövlətinin Cənubi Qafqazda regional inkişafa hədələnən sülh təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir:

“Cənab Prezident öz çıxışında Ermənistanın regiondan təcrid edilmiş ada kimi yaşamağa davam edə bilməyəcəyini, Azərbaycanla əlaqələri normallaşdırmağa ehtiyac olduğunu və ən əsası Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli olduğunu bəyan etdi. Yaxşı olardı ki, Ermənistanda radikal müxalifət mitinqlər təşkil etmək və regionda sabitliyi təhdid edən hərəkətlər etmək əvəzinə Azərbaycanın onlara təklif etdiyi sülh təşəbbüsünü dəyərləndirsin. Birmənalı şəkildə demək olar ki Ermənistanın gələcək inkşafı və mövcud böhrandan çıxış yolu məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır”.

Ruhiyyə
Xəbəri paylaş