Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

May ayından qida sahəsində idxal-ixrac əməliyyatları tamamilə elektronlaşdırılacaq

May ayından qida sahəsində idxal-ixrac əməliyyatları tamamilə elektronlaşdırılacaq


Sahibkarlar bundan sonra bu əməliyyatlar üçün yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə müraciət etməlidirlər.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, işlərin səmərəliyi və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan növbəti addım idxal prosesləri ilə bağlıdır. Belə ki, yeyinti məhsullarının idxal və ixrac əməliyyatları, fitosanitar nəzarət sahəsinə aid məhsulların ixrac prosesi, eyni zamanda bitki mühafizə vasitələrinin idxal prosesi artıq tam şəkildə elektronlaşdırılıb.

Hazırda baytarlıq sahəsində idxal və ixrac əməliyyatlarının, paralel olaraq fitosanitar sahədə isə idxal əməliyyatlarının elektronlaşdırılması və müraciətlərin sahibkarlar tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçirməsi üzərində işlər aparılır. Cari ilin may ayında qida sahəsində idxal-ixrac əməliyyatlarının tamamilə elektronlaşdırılması gözlənilir. Bu da öz növbəsində müraciətlərin daha sürətli icrasına və məlumat mübadiləsinin operativ həyata keçirilməsinə şərait yaradacaq. Müvafiq yeniliklərlə tanışlıq məqsədilə sahibkarlarla görüşlərin keçirilməsinə başlanılıb.

Sevinc
Xəbəri paylaş