Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsində iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.
Newscenter.az xəbər verir ki, paylaşımda deyilir:
“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.