Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Vilayət Eyvazov şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib

Nazir Vilayət Eyvazov şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib


Göyçay rayonuna səfəri çərçivəsində daxili işlər naziri, general-polkovnik V.Eyvazov Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə dair konkret tapşırıqlarını verib.

Newscenter.az DİN-ə istinadən xəbər verir ki, daha sonra general-polkovnik V.Eyvazov Göyçay Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Tədbirdə ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 143 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 44-ü Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.



Mehman
Xəbəri paylaş