Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bütün sahələrdə birliyinin göstəricisidir”

Prezident: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bütün sahələrdə birliyinin göstəricisidir”


“Ötən ilin iyununda Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə və xalqlar arasında qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir”.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Biz bu sənədlə bütün formatlarda əməkdaşlığımızı rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə birliyimizi bütün dünyaya bəyan etdik”, - İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycan və Türkiyənin bütün istiqamətlər, o cümlədən hərbi sahədə və müdafiə sənayesi sahəsində müttəfiq olduğunu vurğulayıb.
Xəbəri paylaş