Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Q;ırğızıstanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Q;ırğızıstanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Q. Təhməzli səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb. Agentlik sədri ölkəmizin Qırğız Respublikası ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.

Görüşdə qonağa ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində nəzarətin təşkili, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının qarşılıqlı tanınması, qida təhlükəsizliyi riskləri, heyvan və bitki xəstəlikləri zamanı baş verə biləcək risklərin elmi tədqiqatlarının aparılması, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, iki ölkə arasında məlumat mübadiləsinin həyata keçirilməsi, bir tərəfin ərazisindən digər tərəfin ərazisinə idxal, ixrac və tranzit zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi, qida təhlükəsizliyi və heyvan xəstəliklərinin diaqnostikası üzrə təcrübə mübadiləsinin aparılması istiqamətində Qırğız Respublikasının aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Səfir Kayrat Osmonaliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, həmçinin hər üç istiqamətdə idxal-ixrac əməliyyatları və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş