Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Maksimum dərəcədə məsuliyyətli olmalı, ehtiyyatı əldən verməməliyik

Sədaqət Vəliyeva: Maksimum dərəcədə məsuliyyətli olmalı, ehtiyyatı əldən verməməliyik


Azərbaycan dövləti tərəfindən COVID-19 pandemiyasına qarşı həyata keçirilən effektiv tədbirlər nəticəsində ölkəmizdə son aylar ərzində koronavirusa yoluxma və ölüm sayında xeyli azalma müşahidə olunur. Hal-hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində mərhələli şəkildə bir sıra yumşalma tədbirləri tətbiq olunur.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, lakin bütün bunlara baxmayaraq yaddan çıxarmamalıyıq ki, pandemiya hələ bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalmaqdadır: “Müşahidələr və proseslər onu göstərir ki, koronavirus pandemiyası çox qısa müddət ərzində sürətli şəkildə yayıla və vəziyyət kritikləşə bilər. Biz buna Çinin timsalında şahid olduq”.

Vətəndaşlarımıza özümüzün və yaxınlarımızın sağlamlığı üçün qapalı və insanların sıx olduğu yerlərdə maskadan istifadə və digər proflaktiki qaydalara riayət etməyi tövsiyyə edirik – deyən Sədaqət Vəliyeva əlavə edib ki, maksimum dərəcədə məsuliyyətli olmalı, ehtiyyatı əldən verməməli və əldə etdiklərimizi itirməməliyik.

Ruhiyyə
Xəbəri paylaş