Azərbaycan Kubokunun 30-cu – yubiley mövsümündə finala vəsiqə qazanan "Qarabağ" tarixində bunu 10-cu dəfə bacarıb.
"Report"un məlumatına görə, "köhlən atlar" bununla “Neftçi”nin rekordunu təkrarlayıb.
Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/2017 mövsümündə finalda oynayan “Ağdam təmsilçisi sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.
"Zirə" isə tarixində ilk dəfə finala yüksəlib. "Qartallar" həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.