Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda xeyriyyə aksiyası keçirilib

Gürcüstanda xeyriyyə aksiyası keçirilib


Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə müqəddəs Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyası keçirilib.

Newscenter.az səfirliyə istinadən xəbər verir ki, aksiya çərçivəsində Gürcüstanda yaşayan 300-dən çox aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrə, eləcə də şəhid ailələrinə, əqli və fiziki qüsurlu uşaqlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.

Xeyriyyəçilik aksiyasında Səfirlik əməkdaşları, AZEBİ-yə üzv və tərəfdaş şirkətlər iştirak ediblər.



Mehman
Xəbəri paylaş