Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib

Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib


Türk Hava Yollarının Qaziantep-İstanbul reysini həyata keçirən təyyarə təcili eniş edib.

Newscenter.az "Haber Global"a istinadən xəbər verir ki, layner havaya qalxdıqdan qısa müddət sonra ildırım düşüb.

Bu səbəbdən təyyarə Adanada eniş etməyə məcbur olub.

Təhlükəsiz yerə enən təyyarədəki sərnişinlərin böyük təşviş içərisində olduğu bildirilir.
Xəbəri paylaş