Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saatlıda 500 hektardan çox əkin sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq

Saatlıda 500 hektardan çox əkin sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq


Saatlı rayonunda uzunluğu 1 km-dən artıq olan yeni növ suvarma kanalı çəkilib.

Bu barədə Newscenter.az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, bununla da, müvəqqəti istifadə olunan kanalda su itkisinin qarşısı alınacaq və 500 hektardan çox əkin sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq.

Saatlı Suvarma Sistemləri idarəsi bu il əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün bir çox layihələr həyata keçirilib ki, onlardan biri də rayonun Yeni Novruzlu və Bəylik kəndində olan əkin sahələrini əhatə edib. Eyni zamanda, Aşağı Muğan kanalının 1-ci qolunun, Baş Mil Muğan kollektoru ilə kəsişməsində olan akvedukun su keçirmə qabiliyyəti artırılıb. Bunun üçün diametri 1220 mm olan 3-cü boru xəttinin keçirilməsi başa çatdırılıb, 11 kəndin 5 min hektara qədər əkin sahəsinin su təminatı yaxşılaşdırılıb.

Saatlı Suvarma Sistemləri İdarəsinin balansında olan əkin sahələri yeni əkin dövriyyəsinə daxil edilmiş torpaqlar hesabına bu il artıb. Mövcud əkin sahələri ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2 min ədəddən artıq sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və köməkçi vasitələrlə suvarma suyu ilə təmin edilir. Saatlı rayonu ərazisinin 17 min 856 hektara qədər sahəsi mexaniki üsulla, nasos stansiyaları vasitəsi ilə suvarılır. Bu iş isə 61 ədəd nasos aqreqatı olan 46 ədəd nasos stansiyaları vasitəsi ilə yerinə yetirilir. Görülən işlər nəticəsində fermerlərin əkin apardıqları sahələrə suvarma suyunun çatdırılması asanlaşıb. Bu isə məhsuldarlığın artmasına səbəb olacaq.

Sevinc
Xəbəri paylaş