Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təcrübəsizlik, ya satqınlıq?

Təcrübəsizlik, ya satqınlıq?


Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat konfransı zamanı Yunanıstan telekanalına açıqlama verərək Türkiyəni ikili standartda ittiham edib. Zelenski bildirib ki, "Vəziyyəti belə idarə edə bilməzsiniz, bu ikili standartdır. Bu, qətiyyən doğru deyil. Həqiqət tərəfdarısınız, yoxsa yox? Bir seçim etməlisiniz. Prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, baş verməyəcək”.

İki ayadan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində hər cür dəstək verməsinə baxmayaraq Türkiyə haqqında belə fikir səsləndirməsinin izahı belə atalar misalında uyğun gəlir; "Yetimdən soruşurlar ki, əlində imkan olsaydı kimi vurardın? Yetim isə cavab verir ki, çörək verəni". Əlbəttə Zelenskinin belə açıqlama verməsi onu göstərir ki, o həqiqətən də artisdir.

Burada diqqəti çəkən digər önəmli məsələ isə Zelenskinin məhz yunan mediasının sualına cavab verərkən bu ifadələri işlətməsidir. Zelenski yaxşı başa düşür ki, Yunanıstan və Türkiyə arasında münasibətlər gərgindir və bu hal son günlər daha da gərginləşməkdədir. Nəzər alsaq ki, Krım məsələsində 2014-cü ildən bəri Türkiyənin Ukraynanı müdafiə etməsini, bu müharibədə isə Ukraynaya silah-sursat(PUA), humanitar yardım və miqrant qəbulu məsələsini diqqətə alsaq o zaman Zelenskinin belə ifadə işlətməsi həm siyasi təcrübəsizlik, hətta satqınlıq kimi də qəbul edilə bilər.

Samir Hümbətov-"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri
Xəbəri paylaş