Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurası Bakıda beynəlxalq konfransın təşkilini nəzərdən keçirəcək

Avropa Şurası Bakıda beynəlxalq konfransın təşkilini nəzərdən keçirəcək


Avropa Şurası Bakıda beynəlxalq konfransın təşkilini nəzərdən keçirəcək.

Newscenter.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədr müavini Byorn Berq QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirib.

Şeyxülislam Avropa Şurasının Strasburqda baş tutmuş konfransa, dinlərarası dialoqa dair Strasburq prinsiplərinə böyük dəyər verib və qurum xəttilə bu prosesin davamı olaraq növbəti konfransın tolerantlıq məkanı və multikultural dəyərlər ölkəsi Azərbaycanda keçirilməsini təklif edib. Avropa Şurasının rəsmisi Byorn Berq təklifi müsbət qiymətləndirib və qurumlarının gələcək konfranslarla bağlı dəyərləndirilmə prosesində bu təklifin hökmən nəzərdən keçiriləcəyini bildirib.

Mehman
Xəbəri paylaş