Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə təşkil edəcək.
Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, tədbir 2022-ci ilin may ayının 7-də, saat 18:00-da Vaxtanq Salaridze adına konsert zalında keçiriləcək.
Konsertdə iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi vəya Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə müraciət edə bilərlər.
Mehman