Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya yeni düzənə keçir

Dünya yeni düzənə keçir


Dünya yeni düzənə keçir və bu həm də yeni siyasi münasibətlər demək olacaqdır. Başqa sözlə desək, daha əvvəlki imitasion demokratiya, ailə-klan rejimləri, cinayətkar aləm qaydaları, korrupsiya piramidaları kimi modellər işləməyəcək.

Müqavimət də bunadır, amma izləyənlər bilir ki, hətta Çin kimi yarımtotalitar ölkədə də yeni münasibətlər sisteminə keçidin nüfuzlu tərəfdarları var. Özü də hakimiyyətin daxilində. Cəmiyyətlər isə buna çoxdan hazırdır.

Azərbaycanda bu barədə nə düşünüldüyü aydın deyil, çünki hələlik ölkədə bu yolun tam əksinə aparan proseslər görünməkdədir: korrupsiyanın əhatə dairəsinin genişləndirilməsi, sərvətlərin bir əldə cəmlənməsi, açılmayan cinayətlərin artması və s.

Belə mənzərə bir çox həmvətənlərimizdə gələcəyə pessimist münasibət yaradır, amma zənnimcə bu da yanlışdır. Ona görə ki, bütün sadalanan amillərlə yanaşı bəzən görə bilmədiyimiz, amma sürətlə davam edən bir proses də var: bütün bunları doğurmuş idarəetmə sisteminin çökməsi.
Sistemin deqradasiysının müxtəlif aspektlərdən dəyərləndirilməsi göstərir ki, artıq proses dönməz fazaya keçib.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin sədri
Xəbəri paylaş