Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onların arasında müxalifətin tanınmış fəalları da var.
Məlumata görə, saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandır.
Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar.