Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı mərhələ üçün ikitərəfli danışıqlar formatı ən optimal formatdır

Hazırkı mərhələ üçün ikitərəfli danışıqlar formatı ən optimal formatdır


Aprelin 6-da Brüsseldə baş tutan Əliyev-Paşinyan görüşündəki ikitərəfli razılaşmaların ardınca hər iki ölkənin xarici işlər nazirləri arasında və eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında təmasların intensivləşməsi sülh danışıqları üçün ikitərəfli formatın daha səmərəli olduğunu göstərir.

Təcrübə göstərir ki, üçüncü tərəf (əsas etibarilə Rusiya) danışıqlar prosesinə bu və ya digər formada müdaxilə edəndə, proses bir qayda olaraq həmişə "dalan"a dirənir. Odur ki, hazırkı mərhələ üçün ikitərəfli danışıqlar formatı hesab edirəm ki, ən optimal formatdır.

Rəsmi Bakının təklif etdiyi 5 bənddən ibarət sülh prinsipləri əsasında təmaslar davam etdirilərsə və həm sərhədlərin delimitasiyası, həm də sülh sazişinin hazırlanması üçün işçi qrupun, ikitərəfli komissiyanın əməli fəaliyyətinə tezliklə start verilərsə, lap yaxın gələcəkdə ilkin müsbət nəticələrin əldə edilməsi mümkündür. Hazırda bu proses üçün kifayət qədər əlverişli şərait mövcuddur.

Ermənistan müxalifətinin Paşinyan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirməsi və Rusiyanın sülh danışıqları prosesini öz monopoliyası altına almaq cəhdləri prosesi ləngitməyə hesablansa da, lakin bütün hallarda proses davam etdirilməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş