Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QMİ-də bayram tarixi ilə bağlı fikir ayrılığı yaranıb?

QMİ-də bayram tarixi ilə bağlı fikir ayrılığı yaranıb?


Dünən Ramazan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyib və verilən rəsmi məlumata görə ancaq namazda QMİ-nin digər rəsmiləri bayram namazının qılınmasında iştirak ediblər. Bu arada İrandan gələn məlumata görə yəni, bayramın mayın 2-nə yox, 3-nə uyğun gəldiyi bildirilib.

Bu iki məlumatı uzlaşdırdıqda ehtimal yaranır ki, QMİ-də bayram tarixi ilə bağlı fikir ayrılığı yaranıb və Allahşükür Paşazadə də İranı incitməmək üçün bayram namazında iştirak etməyib. Əslində bu olaylar Azərbaycanın milli maraqları istiqamətdə inkişaf etdiyinin əlamətləridir. Bu xoş işartılar onu göstərir ki, dinimizi Azərbaycana qarşı bir siyasi vasitə kimi istifadə edən İranın təsirində olan QMİ onun təsirindən uzaqlaşmağa başlayıb.

Bilməliyik ki, QMİ-i bunu öz xoşuna etmir, heç bir şəhidin yas mərasimində iştirak etməyən İranpərəst idarə Dini Komitənin tabeliyinə veriləndən sonra istilik hiss olunur. Az qala bir əsr müstəqil fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin öz səlahiyyətlərindən məhrum edilməsi və Dini Komitənin tabeliyinə verilməsi faktının özü onu sübut edir ki, QMİ-nin Azərbaycan maraqlarına toxunan və dinimizin qorunmasında böyük nöqsanları var.

Sevindirici haldır ki, son dövrlərdə bu sahədə aparılan işlər öz müsbət effektini verməyə başlayıb.
Ramazan bayramınız mübarək!

Vüqar Dadaşov
Xəbəri paylaş