Qazaxıstan Prezidenti bu gün “Qazaxıstan Respublikası Hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi qaydaları və şərtləri haqqında” Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.
Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, beləliklə, Türk Akademiyası Qazaxıstanda yerləşən və bütün əsas sənədləri təsisçi dövlətlər tərəfindən təsdiq edilən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü.
Türk Dövlətləri Təşkilatının 2009-cu il Naxçıvan Sammitində yaradılmasına qərar verilən, bir il sonra Astanada fəaliyyətə başlayan, 2014-cü ildə beynəlxalq təşkilat statusu alan Türk Akademiyasının Vyana Konvensiyasına uyğun olaraq diplomatik toxunulmazlığa malik təşkilat kimi rolu indiki geosiyasi şəraitdə daha da artacaqdır.
Hazırda Türk dünyasında elm və təhsil sahəsində əməkdaşlığı əlaqələndirən, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və irsini təbliğ edən unikal akademik və intellektual təşkilat kimi Akademiya dünya türkologiya elminin mərkəzinə çevrilməkdədir.
Elmi-tədqiqat mərkəzindən beynəlxalq təşkilata çevrilən Akademiya atrıq fundamental təşkilatlarla bərabər statusa, sistemləşdirilmiş qrafikə, büdcəyə, yeni inzibati binaya və strukturlaşma mərhələsini başa çatdırmaq üçün böyük imkanlara sahibdir.
Mehman