Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib


İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.

Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib.

Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.

Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. 41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.

"Liverpul"un ilk rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Manşester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq.
Xəbəri paylaş