Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çörəkbişirmə müəssisəsində ciddi nöqsanlar aşkar edilib

Çörəkbişirmə müəssisəsində ciddi nöqsanlar aşkar edilib


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Göyçay şəhər, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər” marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş