Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan və Ermənistan arasında regional dialoq məsələsi müzakirə edilib

Gürcüstan və Ermənistan arasında regional dialoq məsələsi müzakirə edilib


"Gürcüstan iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrin inkişafı üçün regional dialoqa töhfə verməyə hazırdır".

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə ifadə olunub.

Tərəflər İ.Qaribaşvilinin regionda dialoq üçün önəmli platforma kimi “Dinc qonşuluq təşəbbüsü”nü müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq münasibətləri və gələcək əməkdaşlığın istiqamətləri də nəzərdən keçirilib.
Xəbəri paylaş